AZ

Pomidor oğurlamağa getdilər Diqqət çəkməmək üçün “166 yükdaşıma”dan istifadə etdilər

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstixanadan pomidor oğurlayan şəxslər saxlanılıb. Onlardan biri istixananın işçisi imiş. Oğurluğa gedən şəxslər diqqət çəkməmək üçün "166 yükdaşıma xidməti"ndən maşın sifariş veriblər.

Milli.Az xəbər verir ki, oğurluq hadisəsi Pirallahıda yerləşən istixanalardan birində baş verib.

Oğurluq hadisəsinə görə iki nəfər məsuliyyətə cəlb edilib. Onlardan biri 41 yaşlı Ceyhun olub. Ceyhun həmin istixanada gecə növbəsində operator işləyirmiş. İkinci şəxs isə 22 yaşlı Rəşid olub. Bu oğurluğu Rəşidə Ceyhun təklif edib.

Onlar Ceyhun işdə olan zaman "166 yükdaşıma xidməti"ndən maşın sifariş verərək gecə saatlarında istixanada olan pomidorların bir hissəsini daşıyıblar. Onlar diqqət çəkməmək üçün bu yolu seçiblər. "166 yükdaşıma xidməti"nin sürücüsü oğurluq hadisəsindən xəbərsiz olub. Ceyhun ikinci və üçüncü dəfə sürücünün nömrəsini götürərək birbaşa onun özü ilə əlaqə saxlayıb.

İstintaq tərəfindən müəyyən edilib ki, onlar ümumilikdə 3 dəfəyə istixanadan 5500 manatlıq pomidor oğurlayıblar. Oğurladıqları məhsulları sataraq pulu öz aralarında bölüblər.

Saxlanılan şəxslər barəsində cinayət işi açılıb. İstintaq zamanı təqsirləndirilən şəxslər dəymiş ziyanı ödəyiblər. İstixana sahibi onları bağışlayıb.

Hər iki şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
3
news.milli.az

4Mənbələr