AZ

Azərbaycan Rusiyadan buğda alışını 5 dəfə azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 140,1 milyon ABŞ dolları dəyərində 646 min 336 ton buğda gətirilib.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 40 % çoxdur.

Hesabat dövründə Azərbaycan Qazaxıstandan 119,6 milyon ABŞ dolları dəyərində 558 min 669 ton (1 il əvvəl tədarük olmayıb), Rusiyadan 20,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 dəfə az) 87 min 657 ton (-5 dəfə) və Türkiyədən 6,2 min ABŞ dolları dəyərində (-74 %) 8,55 ton (-89 %) buğda alıb.

Xatırladaq ki, 2024-cü il Azərbaycana idxal edilmiş 1,292 milyon ton buğdanın 90,2 %-i Rusiyanın payına düşüb. 

© "Report"

Seçilən
6
2
marja.az

3Mənbələr