AZ

Bakıda aliment verməyən 45 yaşlı kişi həbs edildi

Bakıda aliment verməyən kişi həbs edilib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Lənkəran rayon sakini, 1980-ci il təvəllüdlü R.İbrahimov 2008-ci ildə ailə həyat qurub və onun birgə nikahdan iki övladı olub. R.İbrahimov 2018-ci ildə rəsmi qaydada boşanıb və məhkəmə ona hər uşaq üçün 100 manat aliment tətbiq edib. Amma R.İbrahimov 2025-ci ilə qədər övladlarına aliment ödəməyib, müxtəlif üsullarla bu ödənişdən yayınıb.

Qarşı tərəfin şikayəti əsasında R.İbrahimov üç dəfə inzibati qaydada həbs edilsə də, yenə də həmin pulu ödəməyib. Buna görə onun səkkiz min beş yüz altmış üç manat aliment borcu yaranıb.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə R.İbrahimov doqquz ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

Seçilən
19
6
far.az

7Mənbələr