AZ

Şimali Koreyada üç söz qadağandır

Şimali Koreya hökuməti "hamburger", "dondurma" və "karaoke" sözlərinin Qərb yönümlü olduğunu iddia edərək qadağan edib. Qərarın Qərb mədəniyyətinin təsirini azaltmaq məqsədi daşıdığı bildirilir.

Prezident Kim Çen Inın göstərişi ilə həyata keçirilən siyasət sözügedən sözlərin yerli ifadələrlə əvəz olunmasını şərtləndirib.

Bu kontekstdə "hamburger" üçün "dajin-qogi gyeopppang" (qiymə ilə ikiqat çörək) və "dondurma" üçün "eseukimo" termini istifadə ediləcək.

Qadağan edilmiş başqa bir söz olan “karaoke” “ekranda müşayiət olunan maşınlar” ifadəsi ilə əvəzlənəcək. Səlahiyyətlilər vətəndaşları bu yeni şərtləri qəbul etməyə çağırıb.

Seçilən
5
kommersant.az

1Mənbələr