AZ

Azərbaycanın beynəlxalq sərgiləri: Biznes turizminin yüksəlişi və “Absheron Hotel Group” ilə strateji tərəfdaşlıq

Beynəlxalq sərgilər Azərbaycanda biznes turizminin inkişafında mühüm rol oynayır, ölkəmizin mövqeyini işgüzar görüşlərin keçirildiyi, innovativ texnologiyaların təqdim olunduğu və investisiyaların cəlb edildiyi aparıcı məkan kimi möhkəmləndirir. Dünyanın aparıcı şirkət və mütəxəssislərini bir araya gətirən sərgilər, dövlət qurumlarının dəstəyi ilə keçirilir.

Təşkilatçıların təqdim etdiyi statistik məlumatlara və Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (Global Association of the Exhibition Industry — UFI) tərəfindən təsdiqlənmiş rəqəmlərə əsasən, 2024-cü ildə Azərbaycanda təşkil edilən sərgilərdə ümumilikdə 9058 xarici nümayəndə iştirak edib, onların 5690 nəfəri iştirakçı, 3368 nəfəri isə ziyarətçi olub.

Çoxsaylı işgüzar qonaqların ölkəyə gəlməsi bütün xidmət sahələrinin — otellərin, restoranların, nəqliyyat şirkətlərinin və digər xidmət müəssisələrinin ən yüksək səviyyədə koordinasiyalı fəaliyyətini tələb edir. Bununla da sərgilər multiplikator effekti yaradır, işgüzar fəallığı stimullaşdırır, qonaqpərvərlik və nəqliyyat sektorunun inkişafına töhfə verir və, təbii ki, ölkənin investisiya cəlbediciliyini daha da möhkəmləndirir.

İştirakçılar üçün yüksək səviyyəli xidmət və rahatlığı təmin etmək məqsədilə təşkilatçılar aparıcı şirkət və otellər arasından strateji tərəfdaşlar cəlb edirlər. 2025-ci ildə belə tərəfdaş qismində “Absheron Hotel Group” çıxış edir və payız sərgi mövsümünün rəsmi otel tərəfdaşı elan olunub. Şirkət Azərbaycanın otel sektorunun aparıcı mehmanxana şəbəkələrindən biri olmaqla yanaşı, beynəlxalq səviyyədə tanınan bir sıra otelləri də uğurla idarə edir.

Beynəlxalq sərgilərlə tərəfdaşlıq haqqında danışarkən “Absheron Hotel Group”un Baş kommersiya direktoru (Chief Commercial Officer) Jihane Mamouri bildirib:

“Caspian Event Organisers və Iteca Caspian tərəfindən təşkil olunan beynəlxalq sərgilər dünyanın hər yerindən sənaye liderlərini bir araya gətirərək, Azərbaycan torpağında yeni tərəfdaşlıqların qurulmasına şərait yaradır. “Absheron Hotel Group” 2025–2026-cı illərin sərgi mövsümü üçün rəsmi otel tərəfdaşı təyin olunduğu üçün qürur duyur. Şirkət sərgi iştirakçılarına və nümayəndələrinə öz portfelindəki otellərdə rahat yerləşmə, xüsusi güzəştli tariflər və sərgi məkanında xüsusi dəstək göstərməklə, onların ziyarət təcrübəsini səyahətlərinin ilk anından sona qədər yüksək səviyyəyə qaldırır.”

Belə bir tərəfdaşlıq hər iki tərəf üçün yeni perspektivlər açır: “Absheron Hotel Group” üçün bu, biznes turizmi sahəsində mövqelərini möhkəmləndirmək və daha çox beynəlxalq korporativ müştəriləri cəlb etmək imkanıdır. Sərgilərə gəldikdə isə bu, iştirakçılar üçün yüksək səviyyəli xidmətin və əlavə rahatlığın təminatı deməkdir. Belə bir əməkdaşlıq beynəlxalq sərgilərin regionun aparıcı biznes platformaları kimi statusunu daha da gücləndirir.

2025-ci ilin payız sərgi mövsümü aşağıdakı tədbirləri əhatə edir:

2-ci Bakı Su Həftəsi (“Baku Water Week”) – Su Təsərrüfatı üzrə Beynəlxalq Sərgi və Konfrans (10–12 sentyabr tarixlərində keçirilib.);

14–16 oktyabr tarixlərində 30-cu Yubiley Xəzər İnşaat Həftəsi (“Caspian Construction Week”) çərçivəsində “BakuBuild”, “Rebuild Karabakh”, “Aquatherm Baku”, “Plastex Caspian” sərgiləri, eləcə də paralel olaraq “Road&Traffic” sərgisi keçiriləcək;

30 oktyabr – 1 noyabr tarixlərində 27-ci Azərbaycan Beynəlxalq Tibbi İnnovasiyaları Sərgisi - “Medinex” təşkil ediləcək.

Sərgilər Bakı Ekspo Mərkəzində dövlət strukturlarının dəstəyi ilə keçirilir.

Azərbaycanın Azərbaycanın
Seçilən
21
apa.az

1Mənbələr