AZ

“Hyundai” yoldan çıxaraq aşdı, sürücü xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa-Ordubad magistral avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə idarəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1997-ci il təvəllüdlü Dünyamalıyev Kənan Musa oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Seçilən
12
12
publika.az

10Mənbələr