AZ

Payızın ilk “Ulduz”u

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Ulduz”un sentyabr sayı Aləmzar Sadıqqızının “Özüylə söhbəti və şeirləri” ilə açılır. 

525.az xəbər verir ki, “Nəsr”də Orxan Fikrətoğlu “Dəccal”, Miri Rəsulzadə “Mehman” hekayələrini təqdim edir. 

“Tənqid”də  Mətanət Vahid “Müasir hekayə: gənc ədəbi səslər və estetik axtarışlar”dan yazır. 

“Şeir vaxtı”nda Allahşükür Ağa, Elməddin Nicat, Vasif Əlihüseyndir.

“Yazı masası”nda Taleh Mansurun qonağı Xalq şairi Sabir Rüstəmxanlıdır.

“Tərcümə saatı”nda U.F.Harvinin hekayəsini BDU-nun Filologiya (ingilis dili və ədəbiyyatı) fakültəsinin 4-cü kurs tələbəsi Alsu təqdim edir.

Seyid Əsrinin qəzəllərini də bu sayda oxuya bilərsiniz. 

“Debüt”də “Yuxunuz şirin olsun, ölülər” (Yusif Səmədoğlunun əziz xatirəsinə...) yazısı ilə Şəhriyar Məmmədzadədir. 

Bu sayda Adil Quliyevin “Təpələr” essesini, Şiringül Musayevanın “Kiçik süjetli tamaşa üçün mətnlər”ini, Şəlalə Camalın şeirlərini və Pərvanə Məmmədovanın “Xilaskar köpük” hekayəsini  də oxumaq mümkündür.

“Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında”  (2-ci yazı) yazısını təqdim edir. 

“Dərgidə sərgi”də rənglər dünyasıyla Aysel Hacıyevadır.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
2
525.az

4Mənbələr