AZ

Qafqazda artıq sülh dövrü başlayıb - Prezident

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səlcuq Bayraqdaroğlunu qəbul edərkən danışıb. Görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığını deyən dövlət başçısı qeyd edib ki, iki ölkənin birliyi dünya miqyasında önəmli amildir.

Prezident İlham Əliyev bölgədə (Cənubi Qafqaz -red.) artıq sülh dövrünün başladığı vurğulayıb.

Seçilən
26
6
Ajans.az

10Mənbələr