AZ

Günlük icazə verilən şərab dozası açıqlanıb

Dietoloqlar gündəlik şərab istehlakında diqqətli olmağın vacibliyini vurğulayır və dozadan artıq içkinin sağlamlığa zərər verə biləcəyini xəbərdarlıq edirlər.

E-saglam.az xəbər verir ki, bu sözləri dietoloq Mariyat Muxina bildirib. Şərab yalnız çox mülayim miqdarda istehlak olunduqda qidalanma rejimində qala bilər.

Xüsusilə qırmızı şərab antioksidantlar, polifenollar və amin turşuları ehtiva edir ki, bunlar qan damarlarına müsbət təsir göstərir və onları genişləndirir. Hərçənd içərisindəki spirt faydalı birləşmələrin təsirini azaldır, lakin onların bir hissəsi yenə də qalır.

Nisbətən Təhlükəsiz Doza Nədir?

Muxinanın sözlərinə görə, gündəlik icazə verilən spirt dozası hər kiloqram çəki üçün 1 qram 40%-li spirtdir. Məsələn, 70 kq olan bir insan üçün bu, keyfiyyətli quru şərabın bir stəkanı deməkdir. Lakin bu stəkanı ən yaxşı halda hər iki həftədə 1-2 dəfə içmək məsləhətdir. Doza bir qədər də olsa artırsa, asılılıq riski yüksəlir.

Şərabı qida ilə qatmaq olmaz – nə ağ, nə qırmızı. Alkoqolla birlikdə daha çox yemək təqdim olunduqda, artıq içmə ehtimalı artır.

“Alkoqol – müstəqil bir içkidir, dozanı keçməmək lazımdır”, – deyə həkim vurğulayıb.

Şərabı ürək-damar sistemi və ya immuniteti gücləndirmək məqsədilə içmək uğurlu strategiya deyil. Alkoqol yalnız xüsusi hallarda və gastronomik maraq üçün təqdim oluna bilər. Həm yerli həkimlər, həm də Ümumdünya Səhiyyə Təşkilatı sui-istifadəyə qarşı çıxır – şərabın zərəri faydasını asanlıqla üstələyə bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
30
e-saglam.az

1Mənbələr