AZ

ABŞ Çinlə “TikTok” barədə razılaşdı


Vaşinqton administrasiyası və Çin hakimiyyəti Çin sosial şəbəkəsi “TikTok”un ABŞ-də gələcək fəaliyyəti ilə bağlı razılıq əldə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” ABŞ-nin maliyyə naziri Skot Bessentə istinadən məlumat yayıb.
Agentlik qeyd edib ki, Bessent bu barədə Madriddə Çin rəsmiləri ilə danışıqlardan sonra açıqlama verib. Nazir qeyd edib ki, tərəflər çərçivə sazişi hazırlayıblar, lakin bu barədə ətraflı məlumat verməyiblər. O əlavə edib ki, ABŞ və Çin yaxın həftələrdə yeni məsləhətləşmələr keçirəcək.
ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir bildirib ki, müqavilələr “TikTok”un Amerika şirkətinin nəzarətinə keçməsini nəzərdə tutur.
Seçilən
16
3
yeniavaz.com

4Mənbələr