AZ

ABŞ və Çin TikTok üzrə razılığa gəldilər

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Vaşinqton administrasiyası və Çin hakimiyyəti "TikTok" sosial şəbəkəsinin ABŞ-dəki gələcək fəaliyyəti ilə bağlı razılıq əldə ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ-nin maliyyə naziri Skott Bessentə istinadla məlumat yayıb.

Məlumata görə, Bessent Madriddə Çin rəsmiləri ilə aparılan danışıqlardan sonra belə bir açıqlama verib. Nazir bildirib ki, tərəflər çərçivə sazişi hazırlayıblar, lakin hələlik ətraflı məlumat açıqlanmayıb. O həmçinin qeyd edib ki, ABŞ və Çin yaxın həftələrdə yeni məsləhətləşmələr aparacaqlar.

ABŞ-nin ticarət danışıqlarında nümayəndəsi Ceymison Qrir isə aydınlaşdırıb ki, razılaşma Çinə məxsus "TikTok" sosial şəbəkəsinin ABŞ şirkətinin nəzarətinə keçməsini nəzərdə tutur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
5
oxu.az

7Mənbələr