İngiltərənin "Şeffild Yunayted" klubu baş məşqçi Ruben Selleslə yollarını ayırıb.
QOL.az xəbər verir ki, ispaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
42 yaşlı çaşıldırıcı mövsümün əvvəlində "Şeffild Yunayted"in baş məşqçisi təyin olunmuşdu.
Qeyd edək ki, Ruben Selles daha əvvəl Azərbaycanda çalışıb. O, 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi vəzifəsində işləyib.