AZ

Xorultunun arxasındakı gizli təhlükə - Uzman həkim açıqladı

Yuxu pozğunluqları, insanın gecə rahat yuxu almasına və gündüz normal fəaliyyətinə mane olan, sağlamlığa və həyat keyfiyyətinə ciddi təsir edən vəziyyətlərdir.

Bu sözləri E-saglam.az-a "Məlhəm Beynəlxalq Hospitalı"nın ağciyər xəstəlikləri uzmanı/pulmonoloq Könül Məmmədova deyib: 

"Yuxu pozğunluqları arasında, xüsusilə yuxu zamanı nəfəsin müvəqqəti dayanması ilə xarakterizə olunan yuxu apnesi, həm yayğınlığı, həm də ciddi fəsadları ilə seçilir.

Yuxu apnesi

Yuxuda nəfəsin təkrar-təkrar dayanması və ya əhəmiyyətli dərəcədə azalması ilə xarakterzə edilən yuxu pozğunluğudur. Orta yaşlı kişilər, piylənmə, yaş artışı, qısa və enli boyun, siqaret, alkoqol, bəzi anatomik problemlər riski artırır. Xəstəlik çox zaman diaqnozsuz qalır ki, bu isə ciddi problemlərə səbəb ola bilər.

Niyə bu mövzuya diqqət edək?

Yuxu apnesi yalnız yuxu keyfiyyətini pozmur, eyni zamanda yüksək təzyiq, ürək-damar xəstəlikləri, insult və ani ölüm riskini artırır.

Əlamətlər nələrdir?

Xorultu, gecə boğulur kimi oyanma, ailə üzvlərinin və ya yataq yoldaşının diqqətini nəfəsin müvəqqəti olaraq dayanmasını müşahidə etməsi, gündüz yuxululuq, konsentrasiya çətinliyi, baş ağısı və s.

Diaqnoz necə qoyulur?

Qızıl standart polisomnoqrafiya testidir. Bu test vasitəsi ilə yuxu zamanı beynin, tənəffüsün, ürək ritminin, əzələ fəaliyyətinin, oksigen səviyyəsinin, bədən hərəkətləri ölçülür və sadaladığmız problemlər müəyyən edilərək diaqnoz qoyulur.

Müalicə üsulları

Müalicə metodları diaqnoza görə dəyişir. Bunlar, həyat tərzi dəyişiklikləri, CPAP/BİPAP cihazları, ağız içi paratlar, cərrahi üsullardır.

Hər gecə nəfəsiniz dayanırsa, sağlamlığnızı riskə atmayın – yuxu apnesini görməzlikdən gəlməyin".

"Məlhəm Beynəlxalq Hospitalı" ilə əlaqə: 

Çağrı mərkəzi: 803Əlaqə nömrəsi: +994 51 201 71 01Ünvan: C. Naxçıvanski küç. 433 Bakı, 1099, Baku, Azerbaijan

https://www.instagram.com/melhembeynelxalqhospital/

E-saglam.az

Seçilən
6
e-saglam.az

1Mənbələr