AZ

Həmkəndlilərin mübahisəsi ölümlə bitdi

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sabirabadda həmkəndlilər arasında mübahisə ölümlə nəticələnib.

Milli.Az xəbər verir ki, hadisə Moranlı kəndində baş verib.

Belə ki, 42 yaşlı Rüstəm Əliyev və 33 yaşlı Əli Əliyev birgə iştirak etdikləri məclisdə mübahisə ediblər. Məclis bitdikdən sonra isə aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün yenidən görüşüblər. 

İlkin məlumata görə, mübahisə zamanı Ə.Əliyev R.Əliyevi bıçaqla qətlə yetirib.

Qətli törətməkdə şübhəli bilinən Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
4
news.milli.az

5Mənbələr