AZ

ABŞ və Hindistan ticarət sazişi ilə bağlı müzakirələrə başlayır

ABŞ nümayəndələri ticarət razılaşmasını müzakirə etmək üçün sentyabrın 15-i axşam saatlarında Hindistana gələcəklər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Qeyd olunur ki, bir neçə həftəlik fasilədən sonra tərəflər Hindistanın Rusiya nefti alışı ilə bağlı gərginliyə baxmayaraq danışıqları bərpa etmək qərarına gəliblər. Hindistanın ticarət və sənaye inkişafı naziri Sunil Bartval bildirib ki, hər iki tərəf bu danışıqlarda müzakirə olunacaq məsələlərə müsbət yanaşır.

Məlumatda həmçinin vurğulanır ki, yaxın həftələrdə ABŞ prezidenti Donald Tramp ilə Hindistanın baş naziri Narendra Modi arasında da söhbət baş tutacaq.

Seçilən
7
1
nocomment.az

3Mənbələr