AZ

Ermənistanın viza möhüründən Ağrıdağ təsvirinin çıxarılmasının səbəbi açıqlanıb

Xəbər verdiyimiz kimi, Ermənistana giriş-çıxış zamanı sərhəd möhüründə artıq Ağrıdağ təsvir olunmayacaq. Qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.

Ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının katibi Artur Ovannisyan jurnalistlərə açıqlamasında sözügedən qərarın səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, dövlət rəmzləri özlərində həddindən artıq emosionallıq ehtiva etməməlidirlər:

“Biz qonşularımızla münasibətlərdə Alma-Ata Bəyannaməsinə əsaslanırıq. Bizim istər yazılı, istərsə də bəyanat formasında hansısa fəaliyyətimiz bir heç bir halda qonşu ölkələrə təhlükəli mesajlar verməməlidir”.

Seçilən
4
3
banker.az

4Mənbələr