Xankəndidə avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərərək xəsarət yetirən erməniəsilli şəxsin durumu məlum olub.
Tribunainfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda qeyd olunub ki, sentyabrın 14-də Xankəndi şəhərində təxribat törədən erməniəsilli 1967-ci il təvəllüdlü (kişi cinsli) şəxs müxtəlif bədən xəsarətləri ilə Xankəndi şəhərindəki tibb müəssisəsinə hospitalizasiya olunub:
“Həkim-mütəxəssislər tərəfindən pasiyent üzərində cərrahi əməliyyat icra olunub, zəruri instrumental-diaqnostik müayinələr təyin olunub. Hazırda müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti kafi olaraq qiymətləndirilir”.