AZ

ADNSU-da Bilik Günü QEYD EDİLDİ - FOTO

Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bilik Günü münasibətilə tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, tərəfdaş şirkətlərin nümayəndələri professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

İştirakçılar əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyublar. Tədbir Dövlət Himni səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
 

ADNSU-nun rektoru Rüfət Əzizov açılış nitqi ilə çıxış edərək tələbələri və professor-müəllim heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Rektor bildirib ki, Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı fərmana əsasən, hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Rektor həmçinin ADNSU tələbəsi adını qazanmış gənclərə universitetdə tədris prosesi haqqında məlumat verib, tövsiyələrini bildirib.


Tədbirdə universitetin əsas tərəfdaş şirkətlərindən olan SOCAR Polimerin Baş direktoru Fuad Əhmədov çıxış edərək gənclərə təbriklərini çatdırıb, əməkdaşlıq çərçivəsində tələbələrin peşəkar inkişafına dəstək göstərdiklərini vurğulayıb.
 

Sonra Universitet və tərəfaş şirkətlər- SOCAR Polimer,BP şirkəti və SOCAR AQŞ tərəfindən fakültələr üzrə ən yüksək bal toplayaraq ADNSU-ya qəbul olunmuş yüzə yaxın I kurs tələbəsi dəyərli hədiyyələrlə mükafatlandırlıb. Universitet üzrə ən yüksək bal toplamış 2 tələbəyə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov xüsusi hədiyyələr təqdim edib.


Tədbir ADNSU-nun “Gənclik” Mahnı və rəqs ansamblının rəqsi və tələbələrin ifasında musiqi nömrəsi ilə davam edib.

Tədbirin sonunda ADNSU-nun yenicə ərsəyə gələn Himni ilk dəfə səsləndirilib.


Bizim.Media

Seçilən
25
1
bizim.media

10Mənbələr