AZ

Qəzzada öldürülən fələstinlilərin real sayı rəsmi hesablamalardan 10 dəfə çoxdur

İsrail tərəfindən Qəzza zolağında öldürülən fələstinlilərin real sayı 65.000 rəsmi hesablamadan 10 dəfə çoxdur və ən azı 680.000 nəfərdir.

Ucnoqta.az xəbər verir ki, bunu BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albanese deyib.

"65 min, öldürülən fələstinlilərin sayıdır ki, onların da 75%-dən çoxu qadın və uşaqlardır. Əslində, 680,000 rəqəmi haqqında düşünmək lazımdır, çünki bu, bəzi alim və tədqiqatçıların Qəzzada real ölənlərin sayı olduğuna inandıqları rəqəmdir", - o, Cenevrədə mətbuat brifinqində deyib.

Albanese qeyd edib ki, "bu rəqəmi sübut etmək və ya təkzib etmək çətin olacaq, xüsusən də müstəntiqlərə və digərlərinə işğal olunmuş Fələstin ərazisinə giriş qadağan edilsə". "Əgər bu rəqəm təsdiqlənərsə, onların 380 mini beş yaşına qədər olan uşaqlardır", - o əlavə edib.

Seçilən
19
7
ucnoqta.az

8Mənbələr