AZ

Yeni tədris ilindən qatarların sürəti artırılacaq? - RƏSMİ CAVAB

Son dövrlərdə sərnişinlər arasında Bakı–Sumqayıt istiqamətində hərəkət edən qatarların sürətində dəyişiklik və qatarlararası intervalın azaldılması ilə bağlı suallar tez-tez gündəmə gəlir.

BAKU.WS-in məlumatına görə, bu istiqamətdə aparılan işlər və planlar ictimaiyyətin marağını artırıb.

Bəs yeni tədris ilindən Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlarının sürətində dəyişiklik gözlənilirmi? İnterval azala bilərmi? Sürətin artırılması istiqamətində hansı işlər nəzərdə tutulub?

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bilirilib ki, Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarlar əhalinin çox sıx məskunlaşdığı ərazilərdən keçir:

"Bu səbəbdən təhlükəsizlik məqsədilə bu marşrut üzrə qatarların sürəti 90 km-saat müəyyənləşdirilib. Sürət müəyyənləşdirilərkən Abşeron dairəvi dəmiryol marşrutu üzrə stansiyaların bir-birinə yaxın məsafədə yerləşməsi amili də nəzərə alınıb".

Orxan Hüseyn

Seçilən
12
2
far.az

3Mənbələr