Çexiyada nadir arxeoloji artefaktlar aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Belə ki, arxeoloqlar Çexiyanın ən məşhur tarixi şəhərlərindən biri olan Çeski Krumlovun yaxınlığında mühüm tapıntılar barədə məlumat veriblər.
Son aylarda köhnə şəhərin mərkəzinə yaxın ərazidə aparılan qazıntılar zamanı müxtəlif dövrlərdə yerli sakinlərin həyatına işıq salan onlarla artefakt aşkarlanıb.
Tapıntılar arasında XIV-XV əsrlərə aid keramika qalıqları, son orta əsrlərə aid metal alətlərin, zərgərlik məmulatlarının, sikkələrin fraqmentləri var.