AZ

Pezeşkian: “Ədalət Qəzzanın külündən qalxacaq”

İran prezidenti Məsud Pezeşkian İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələri regionda təcavüzünü davam etdirən İsrailə qarşı birlikdə hərəkət etməyə çağırıb.

Turkustan.az xəbər verir ki, bildirib ki, “Doha, Beyrut, Tehran, Dəməşq və Sənada çökən binaların dağıntıları altında yeni nizam formalaşacaq.”

İsrailin Dohada HƏMAS üzvlərini hədəf alan hücumundan sonra keçirilən İƏT və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə toplantısında çıxış edən Pezeşkian vurğulayıb ki, İsrailin Qətərə hücumu müsəlman dünyasını “oyadıb”.

Pezeşkian, İsrailin bölgə ölkələrinə hücumlarını davam etdirməsinin və bu hücumlarla bağlı hesabat verməkdən yayınmasının bəzi Qərb ölkələrinin, xüsusilə ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyindən qaynaqlandığını bildirib. O əlavə edib ki, İsrailin davam edən hərbi əməliyyatları bu ölkənin siyasətinin və Qərbin ona verdiyi “toxunulmazlığın” tərkib hissəsidir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
21
1
turkustan.az

2Mənbələr