AZ

İranlı nazir Ermənistana gedəcək

İranın ədliyyə naziri Əmin Hüseyn Rəhimi Ermənistana səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ermənistanın İrandakı səfiri Qriqor Akopyan ədliyyə nazirinin müavini Əsgər Cəlalyanla görüşüb.

"Görüş zamanı İranın ədliyyə naziri Əmin Hüseyn Rəhiminin Ermənistana gözlənilən səfərinin təfərrüatları müzakirə olunub", - məlumatda deyilir.

Tərəflər ədliyyə sahəsində əməkdaşlığa toxunub və bu sahədə əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Seçilən
18
2
unikal.az

10Mənbələr