ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyi Avropa İttifaqı ilə Çin arasında münasibətlərin kəskinləşməsinə səbəb ola bilər.
Editor.az xəbər verir ki, Rusiya ilə bağlı sanksiyalar məsələsi Vaşinqton üçün əvvəldən həssas mövzu olub. İndi isə Trampın tələbləri fonunda Avropa, Moskvanın strateji tərəfdaşı olan Pekinlə münasibətlərdə çətinlik riski ilə üz-üzədir.
Məlumata görə, Tramp Moskva ilə münasibətləri normallaşdırmağa çalışır və Avropa müttəfiqlərinin israrla tələb etdiyi kimi sanksiyaları sərtləşdirməyə tələsmir. Avropa ölkələri isə bu addımı Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etməyin yeganə yolu kimi qiymətləndirir.
//Samir Qurbanov, Editor.az