AZ

ABŞ Çinlə TikTok-u müzakirə edir

BAKI, 15 sentyabr. TELEQRAF

ABŞ-ın maliyyə naziri Scott Bessent bildirib ki, TikTok-un ABŞ-də bloklanması riski çərçivə razılaşmasına gətirib çıxarıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bessent deyib ki, Çinin təzminatla bağlı "aqressiv tələbləri" danışıqlara mane olur.

O qeyd edib ki , yekun razılaşma ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin arasında keçiriləcək görüşdən asılıdır .

Daha əvvəl Tramp bildirib ki, Vaşinqton və Pekin ABŞ-də gəncləri xilas etmək üçün TikTok-la bağlı razılığa gəliblər.

Avqust ayında Tramp TikTok-u almaq istəyən ABŞ alıcılarının siyahısının olduğunu demişdi .

Seçilən
50
1
teleqraf.com

2Mənbələr