AZ

Kadi Borges: Məsuliyyətli olmalıyıq

BAKI, 15 sentyabr. TELEQRAF

“Baş məşqçimizin dediyi kimi, oyuna hazırlaşmaq üçün çox vaxtımız olmadı, amma biz bu yarışa hazırıq”.

Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın futblolçusu Kadi Borges Portuqaliyada “Benfika” ilə keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin I tur oyunundan öncə mətbuat konfransında deyib.

Braziliyalı yarımmüdafiəçi qitənin ən böyük turnirində iştirak etməyi arzuladıqlarını bildirib: “3 dəfə qapıdan qayıtmışdıq, yəni pley-off-da məğlub olmuşduq. Amma bu mövsüm nəhayət ki, istəyimizə çatdıq. Çox sevincliyik. Məsuliyyətli olmalıyıq. Ümid edirəm, yaxşı oyunlarımızdan birini göstərəcəyik. Çünki bunu hamımız gözləyirdik”.

Seçilən
12
teleqraf.com

1Mənbələr