AZ

Qurban Qurbanov: "İnanıram ki, futbolçular sabah ən yaxşı oyunlarından birini oynayacaq"

“Bu gözəl stadionda oynamaq, bu şəhərdə olmaq bizim üçün çox xoşdur. Təbii ki, daha yaxşı hazırlaşmaq istərdik. Amma bəzi səbəblərə görə istədiyimiz kimi hazırlaşa bilmədik. Hər bir halda təcrübəmiz var”. 

Operativ Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda sabah “Benfika” ilə səfərdə keçiriləcək görüş üçün təşkil edilən mətbuat konfransında deyib.

O, komandasının güclü Portuqaliya klubundan çəkinmədiyini bildirib: “İnanıram ki, futbolçular sabah ən yaxşı oyunlarından birini oynayacaq. Çünki biz neçə illər idi ki, Çempionlar Liqasında bu mərhələdə oynamırdıq. Hər bir futbolçunun arzusu burada oynamaq idi. İnanıram ki, futbolçularımız sabah çəkinmədən və ən yaxşı oyunlarını oynayacaqlar”. 

Xatırladaq ki, “Benfika” - “Qarabağ” oyunu sabah keçiriləcək və Bakı vaxt ilə saat 23:00-da başlanacaq.

Seçilən
15
7
operativmedia.az

8Mənbələr