AZ

"Çempionlar Liqasının əsas mərhələsində oynamaq möhtəşəm hissdir"

“Oyuna tam istədiyimiz kimi hazırlaşa bilmədik”.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri “Qarabağ” futbolçusu Kadi Borges UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya qarşı keçirəcəkləri ilk tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, sabahkı oyunda əllərindən gələni edəcəklərini bildirib: “Çempionlar Liqasının əsas mərhələsində oynamaq möhtəşəm hissdir. İnanıram ki, “Benfika”ya qarşı ən yaxşı oyunumuzu göstərəcəyik. Hər zaman oyun fəlsəfəmizə sadiq qalmışıq. Bu, bizim üçün önəmlidir. Mənim üçün bu turnirdə olmaq sevindiricidir. Rəqibin heyətində güclü futbolçular var. Onlara qarşı ciddi hazırlaşmışıq”.

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək “Benfika” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
13
2
sia.az

4Mənbələr