Ajans.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyada “Benfika” ilə keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin I tur oyunundna öncə mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis oyuna istədikləri kimi hazırlaşa bilmədiklərini söyləyib: “Hər bir halda yetərincə təcrübəmiz var, inanıram ki, futbolçular özlərinin ən yaxşı oyunlarını oynayacaqlar. Burada çıxış etmək hər birinin arzusu idi”.

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək “Benfika" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.