AZ

Fransa Liqasında rekord - dörd turda cəmi üç heç-heçə

Fransa Liqasında 2025/26 mövsümünün ilk dörd turu keçirilib və artıq nadir rekord qeydə alınıb — 36 oyundan yalnız 3-ü heç-heçə ilə başa çatıb.

90deqiqe.Az xəbər verir ki, 1-ci turda “Brest” və “Lill” 3:3 hesabı ilə bərabərə qalıb. 2-ci turda heç-heçə qeydə alınmayıb. 3-cü turda isə “Anje” və “Ren” 1:1 hesabı ilə xal bölüşüblər. 4-cü turda “Anje” eyni hesabla (“1:1”) “Metz” ilə heç-heçə edib.

Turnir cədvəlində lider mövqedə 12 xalla hazırkı çempion “PSJ” qərarlaşıb. İkinci pillədə 10 xalla “Lill” yer alır. İlk beşlikdə həmçinin “Monako”, “Lion” və Londondakı “Çelsi”nin filial klubu “Strasburq” da var.

Turnir cədvəlinin sonlarında isə keçən il sürpriz yaradan “Brest” və liqaya qayıdan “Metz” qərarlaşıb.

Seçilən
21
90deqiqe.az

1Mənbələr