AZ

"istənilən halda biz bu oyuna hazırıq"

Məşqçi dediyi kimi hazırlaşmağa çox vaxtımız olmadı.

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Benfika" ilə sabah keçirəcəkləri oyundan qabaqkı mətbuat konransında "Qarabağ"ın oyunçusu Kadi Borges deyib.

"Amma istənilən halda biz bu oyuna hazırıq, çünki belə yarışda iştirak etmək hamımızın arzusu idi. Üç dəfə demək olar ki, qapıdan qayıtdıq, pley-off-da məğlub olduq. Amma bu dəfə istəyimizə çatdıq. Məsuliyyətli olmalıyıq. Ümid edirəm ki, yaxşı oyunlarımızdan birini göstərəcəyik", - o bildirib.

O, sabahkı oyun oyunçular üçün çox vacib olduğunu vurğulayıb: "Benfika" çox böyük klubdur vəı heyətində dünya səviyyəli oyunçular var. Onların oyununu yaxşı təhlil etmişik və sabah ən yaxşı oyunlarımızdan birini göstərməliyik"

“Benfika” – “Qarabağ” oyunu sentyabrın 16-da “Estadio da Luz” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Seçilən
6
1
football-plus.az

3Mənbələr