AZ

“Bu ölkədə futbol oynanılmır, xaos var” - Fatih Tekke

Dünən keçirilən "Fənərbağça" - "Trabzonspor" matçındakı (1:0) hakim qərarları Türkiyə futbolunda böyük rezonans doğurdu.

Fanat.Az xəbər verir ki, "Trabzonspor"un baş məşqçisi Fatih Tekke matçdan sonraki açıqlamasında Türkiyə futbolunda yaşanan vəziyyəti sərt şəkildə tənqid edib:

“Bunu danışa bilmiriksə, heç nəyi danışa bilmərik. Bu ölkədə futbol oynanılmır, ölkədə xaos var. “Qalatasaray” və “Fənərbağça”ya icazə var, amma “Beşiktaş”a icazə verilmir. Bizə isə onsuz da heç vaxt icazə verilmir. Vurduğumuz qol ləğv edildikdən sonra oyunu analiz etməyə ehtiyac yoxdur".

Kamil Xudiyev

Seçilən
19
fanat.az

1Mənbələr