AZ

Gürcüstanda Həmzət Çimayevə "Ferrari 296 GTB" hədiyyə edilib - VİDEO

BƏƏ-ni təmsil edən 31 yaşlı məğlubedilməz UFC çempionu Həmzət Çimayev Gürcüstana gəlib və orada gürcü döyüşçüsü Quram Kutateladzenin də aralarında olduğu dostları ilə görüşüb.

İdman.biz-in məlumatına görə, internetdə Çimayevə bahalı hədiyyə - "Ferrari 296 GTB" idman avtomobili təqdim edildiyini əks etdirən video yayılıb. Avtomobilin təqdimatı anı döyüşçünün pərəstişkarlarında böyük marağa səbəb olub.

Çeçenistandan olan Çimayev 2020-ci ildə UFC-də debüt edib. 2025-ci ilin avqustunda o, yekdil qərarla cənubi afrikalı Drikus dü Plessini məğlub edərək orta çəkidə çempion titulunu qazanıb. Ümumilikdə onun təşkilatda doqquz qələbəsi var.

Çimayev Şimali Amerika liqası tarixində peşəkar səviyyədə heç bir məğlubiyyət almadan çempion olmağı bacaran 16-cı döyüşçüdür. Həmzətin rekordu 15 qələbədir.

İdman.biz

Seçilən
16
1
idman.biz

2Mənbələr