AZ

Tramp: Netanyahu məni Qətərə zərbə endirmək planları barədə xəbərdar etməyib

BAKI, 16 sentyabr. TELEQRAF

İsrailin Baş naziri Binyamin Netanyahu məni Qətərə zərbə endirmək planları barədə əvvəlcədən xəbərdar etməyib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

"Xeyr, o bunu etməyib", - Tramp Netanyahunun bəyanatını təkzib edərək bildirib.

ABŞ lideri həmçinin İsrailin artıq Qətərə zərbələr endirməyəcəyini deyib.

Seçilən
33
teleqraf.com

1Mənbələr