AZ

Ramzan Kadırovun 17 yaşlı oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun qızı Təbarik "Instagram" hesabında qardaşı Adamın fotosunu paylaşıb. Fotoda 17 yaşlı Kadırovun qolunda "Jacob&Co" brendindən olan saat görünüb.

Oxu.Az bu barədə "Verstka" nəşrinə istinadla xəbər verir..

Bildirilir ki, saat ABŞ brendinin buraxdığı "Epic SF24" seriyasından olan saata bənzəyir.

Belə saatın qiyməti 41 milyon rubl (təxminən 493 min dollar - red.) təşkil edir.

Aksesuar 18 karat ağ qızıldan hazırlanıb, korpusu isə 104 brilyantla bəzədilib. "Epic SF24" seriyasında yalnız 18 ədəd saat buraxılıb. Hazırda onların hamısı satılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
oxu.az

2Mənbələr