AZ

Azərbaycanda sair vergi daxilolmaları üzrə proqnoz 3 dəfəyə yaxın artırılır

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 201 milyon manatının və yaxud 0,5 %-nin vergi orqanlarının xətti ilə toplanan sair daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Musavat.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,7 dəfə çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.

Seçilən
25
musavat.com

1Mənbələr