AZ

Soğanın gizli gücü: Ürək və damar sağlamlığını qoruyur

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Soğanın tərkibindəki kalium və antioksidantlar ürək-damar xəstəliklərində qan təzyiqinin normal qalmasına kömək edir".
Oxu.Az xəbər verir ki, bu barədə ispaniyalı kardioloq Maqdalena Perelyo "20minutos" nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, əlçatan tərəvəzlərdən olan soğanın tərkibində təbii antioksidant - kversetin mövcuddur. Bu maddə qan (arterial) təzyiqinin, xolesterin səviyyəsinin və orqanizmdəki ümumi iltihabın azalmasına kömək edir.
"Soğanda həmçinin lif və vitaminlər var ki, bu da onu balanslaşdırılmış qidalanma üçün faydalı məhsula çevirir", - deyə Perelyo bildirib.
Kardioloq soğanın kaliumla zəngin olduğunu vurğulayıb. Bu mineral sinir impulslarının ötürülməsi və əzələlərin yığılaraq boşalması üçün vacibdir. Kalium həmçinin ürək-damar və sinir sisteminin normal fəaliyyəti üçün əhəmiyyətlidir. O, orqanizmdə sintez olunmur və yalnız qida ilə qəbul edilir.
Kaliumun faydalarından biri də duzlu qidalarla qəbul olunan artıq natriumun bədəndən xaric olunmasına kömək etməsidir. Bu proses dövran edən qanın həcmini azaldır və qan damarlarının divarlarına düşən yükü minimuma endirir.
Mütəxəssis əlavə edib ki, soğandan müntəzəm istifadə təkcə ürək və qan damarlarına müsbət təsir göstərmir, həm də qanda şəkərin səviyyəsini nəzarətdə saxlamağa yardım edir. Bu isə diabet xəstələri üçün xüsusilə faydalı ola bilər.
Perelyo həmçinin bildirib ki, soğan böyrəklərin fəaliyyətini də dəstəkləyir.
Seçilən
11
50
oxu.az

10Mənbələr