AZ

Britaniyalıların yarıdan çoxu Londonun Ukraynaya yardımını dəstəkləyir

Britaniyalıların yarıdan çoxu (59%) hələ də Londonun Ukraynaya yardımını dəstəkləyir.

APA xəbər verir ki, bu, “Ipsos” şirkətinin keçirdiyi sorğusunun nəticələrində öz əksini tapır.

Sorğuda iştirak edənlər Ukrayna münaqişəsinin nəticəsi barədə əmin deyillər.

Beləliklə, 25% Rusiya və Ukraynanın hazırda tərəflərin nəzarətində olan əraziləri saxlayacağına inanır.

Digər 20% Ukrayna sərhədlərinin 2022-ci il mövqelərinə, 13% isə Ukraynanın 2014-cü il sərhədlərinə qayıdacağına inanır.

Seçilən
19
1
apa.az

3Mənbələr