AZ

Nazirin keçmiş müşavirinin narkotik laboratoriyası aşkarlandı

İsrailin sosial bərabərlik naziri Mey Qolanın keçmiş müşavirinin narkotik laboratoriyasının olduğu üzə çıxıb.

Publika.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Məlumata görə, sentyabrın 15-də polis ifrat sağçı siyasətçi Mey Qolanın ofisində axtarış aparıb. Qolanın əvvəllər müşaviri olmuş vəkil isə həbs edilib.

Nazirin müşavirinin (adı hələ açıqlanmır) evində aparılan axtarışlar zamanı narkotik laboratoriyası aşkarlanıb. Yerli mətbuatın yazdığına görə, marixuananın yetişdirilməsinə onun əri cavabdeh olub.

Qolanla bağlı istintaq bir neçə aydır ki, davam edir. O,maliyyə pozuntuları, o cümlədən büdcə vəsaitlərindən sui-istifadə və fırıldaqçılıqda şübhəli bilinir. Qolan istintaqla əməkdaşlıq etməkdən imtina edib.

Seçilən
10
publika.az

1Mənbələr