AZ

Lüksemburq Fələstin dövlətini tanıyacaq

BAKI, 16 sentyabr. TELEQRAF

Lüksemburq, gələn həftə BMT Baş Assambleyasında Fələstin dövlətini tanımağı planlaşdıran Qərb ölkələrinə qoşulacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilir ki, Lüksemburqun Baş naziri Lyuk Frieden və xarici işlər naziri Xavyer Bettel artıq parlament komissiyasını bu qərarla bağlı məlumatlandırıblar.

Seçilən
31
teleqraf.com

1Mənbələr