AZ

"Putin Trampı aldatmağa çalışır" - Zelenski

Zelenski Donald Trampla Alyaska sammitinin “Putinə çox şey verdiyini” deyib.

QHT.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Sky News-a müsahibəsində bildirib ki, Rusiya lideri Vladimir Putin Alyaskada keçirilən sammit vasitəsilə ABŞ prezidenti Donald Trampı aldatmağa və siyasi təcriddən çıxmağa çalışır. Zelenskiyə görə, Trampla görüş “Putinə çox şey verib”, halbuki üçtərəfli formatda nəticə daha fərqli ola bilərdi. O qeyd edib ki, Putin fotoşəkillər və ictimai dialoq vasitəsilə yeni sammitlərə yol açır.

Prezident vurğulayıb ki, Putinə təcriddən çıxmaq imkanı verilməməlidir:

O yalnız güc dilini anlayır. Əgər sanksiyaların tətbiqi gecikdirilsə, Rusiya buna daha yaxşı hazır olacaq”.

 

R.İmanov

Seçilən
9
qht.az

1Mənbələr