Dövlət Turizm Agentliyi Qərb və Şimal-Qərb dağ piyada marşrutlarının nişanlanması (142 061 AZN) və turistik yol və piyada nişanlamaları, məlumat lövhələrinin qurulması xidmətlərinə (165 377 AZN) ümumilikdə 307 438 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, iki layihə bir şirkətə - “JP DMC” MMC-yə verilib.
Agentlik və MMC arasında müvafiq müqavilə bağlanıb.
Cabir
Tarix: 16 Sentyabr 2025, 08:26