AZ

Sərxoş vəziyyətdə sürət yarışına çıxdı, avtomobili aşırdı, dostu öldü

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ağdam rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Natiq Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Ağdam rayonunun Xıdırlı kəndi ərazisində baş verib.

Natiq Əhmədov kənd ərazisində yeyib-içdikdən sonra spirtli içki qəbul edib. Dostları ilə birlikdə Əhmədavar kəndinə - mağazaya getmək qərarına gəliblər.

N.Əhmədov VAZ-2114 markalı avtomobilin sükanı arxasına əyləşib, dostlarını da götürərək həmin istiqamətə yola çıxıb. Mağazadan siqaret və digər ərzaqlar alaraq geri qayıdarkən yolda "Niva" markalı avtomobilin onları keçməsi Natiqi əsəbiləşdirib və sürücü ilə sürət yarışına girib. Bir neçə kilometr sonra N.Əhmədov idarəetməni itirərək avtomobili aşırıb. Hadisə nəticəsində avtomobildə olan İlyas Allahverənov ölüb, sürücü və iki dostu isə ağır xəsarətlər alıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əhmədov 5 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
9
oxu.az

10Mənbələr