AZ

İsraildə girovların ailələri etiraz aksiyasına çıxıb

Qəzzaya hücumdan sonra Netanyahunun evinin qarşısında gərginlik yaşanıb...

Poliqon xəbər verir ki, İsraildə HƏMAS tərəfindən girov götürülən şəxslərin ailələri və yaxınları etiraz aksiyası keçiriblər. Aksiya ölkənin baş naziri Benyamin Netanyahunun Qüdsdə yerləşən iqamətgahının qarşısında təşkil olunub.

Məlumata görə, nümayişçilər İsrail ordusunun Qəzza şəhərinə hücuma başlamasından sonra küçələrə çıxıblar. Onlar bəzi küçələrdə nəqliyyatın hərəkətini dayandıraraq yol kəsiblər, iqamətgahın qarşısında isə çadır düşərgəsi qurublar. Aksiya iştirakçıları girov götürülən qohumlarının dərhal azad olunmasını tələb ediblər.

Hadisə yerində gücləndirilmiş polis qüvvələri cəlb olunub və Netanyahunun iqamətgahı mühasirəyə alınıb.

Qeyd edək ki, daha əvvəl “Axios” nəşri İsrail ordusunun Qəzzada HƏMAS-ı tamamilə sıradan çıxarmaq məqsədilə genişmiqyaslı quru əməliyyatına başladığını yazmışdı. Ordunun hücumlarda vertolyotlardan, pilotsuz uçuş aparatlarından və ağır artilleriyadan istifadə etdiyi bildirilir.

Poliqon.info

Seçilən
58
30
poliqon.info

10Mənbələr