AZ

Tramp Putinə etdiyi güzəştlərdən dolayı uduzub

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı Avropa İttifaqı ölkələrinin kifayət qədər genişmiqyaslı sanksiyalara dəstək nümayiş etməmələri haqda jurnalistlərə verdiyi açıqlama, əslində heç də onun qeyd etdiyi kimi olmadığı məlumdur. Çünki, bunun səbəbləri elə ABŞ prezidenti Trampın yürütdüyü siyasətlə bağlıdır.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Çingiz Şahbazi deyib.

"Tramp Ukrayna cəbhəsində yürütdüyü siyasətdə qismən də olsa Rusiya prezidenti Vladimir Putinə etdiyi güzəştlərdən dolayı uduzdu. Son günlərdə baş verən Risiyanın Polşaya qarşı dron hücumu Trampın bu istiqamətdə yürütdüyü siyasətdən öz təsirini alır desək yanılmarıq və hücumun arxasında, əsas məqsəd olaraq Ukraynaya edilən maddi yardımların və silah sursatın Avropa ölkələri tərəfindən həyata keçirilməsinə əngəl olmaq dayanır. Məhz Rusiyanın Polşaya hücumundan sonra Avropa İttifaqı ölkələri, Rusiya aqressiyasına qarşı təhlükəsizliyin təmin olunması məqsədilə kollektiv olaraq, sistemli şəkildə müdafiə tavanının mükəmməl qurulmasına dair yollar axtarılır" - politoloq vurğulayıb.

Onun sözlərinə görə, Qərbin bu addımları, heç şübhəsiz haqlı olaraq ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı yürütdüyü siyasətlə bağlıdır və Qərbdə artıq Tramp və Putin arasında sövdələşmələr fonunda ehtimal olunan sürprizləri gözləməyi düşünmürlər. Bu səbəbdən Trampın Avropa ittifaqı ölkələrini qınamağa yönəlmiş açıqlamalarının heç yeri olmadıgını düşünürəm və Rusiyanın Ukraynaya qarşı təcavüzünə tezliklə son qoymaq üçün və müharibənin miqyasının genişlənməsinin qarşısını almaq üçün, ilk növbədə ABŞ-ın özünün siyasətinə yön verməsi lazımdır:

"Yalnız bundan sonra müttəfiq ölkələrin ABŞ-a olan əvvəlki inamını geri qaytarmaq mümkün olar. Əks halda, qarşılıqlı ittihamlar və inamsızlıq səbəbiylə Rusiyanın aqressivliyinin qarşısını almaq mümkün olmayacaq".

Cavid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
icma.az

1Mənbələr