AZ

Anam Bakıya qayıtmaq istəmir , eşidirsiniz ... Bakıya ....-.(İçimizə nifaq salmağa çalışanlara cavabım )

Siyavuş Əmirli

Bəli, Anam geriyə qayıtmaq istəmir ...(İçimizə nifaq salmağa çalışanlara cavabım )
Anamın 72 yaşı var. Laçın işgaldan azad olunandan sonra, hər il may ayından başlayaraq kənd camaatı kimi uçuq sökük divarlarımızın qarşında çadır quraraq ömrünün qalan hissəsini yaşamağa davam edir .Bu il anamın Laçına getməsindən artıq 5 ay keçib. Havalar kifayət qədər soyuyub. Dəfələrlə deməyimizə baxmayaraq, hələ də qayıtmaq istəmir. Uçuq sökük divarlar arasında qurduğumuz çadır, ona Bakıda min bir əziyyət hesabına tikdiyimiz evdən çox rahat gəlir. 

Anam Bakıya qayıtmaq istəmir , eşidirsiniz ... Bakıya ....
Atamın qəfil ölümündən sonra birdən -birə qocalan Anam indi yavaş yavaş bərpa olmağa başlayıb . Bu bərpa , nə mənim , nə də qardaşlarımın qayğısı sayəsində deyil. Bu bərpa, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycanlı sayan, gözünü qırpmadan döyüşə atılaraq Şəhidlik zirvəsinə yüksələn , qazi olan qardaşlarımızın sayəsindədir. Bu bərpa doğulduğu , böyüdüyü , uşaqlığını , gəncliyini verdiyi doğma kəndimizin havasının, suyunun sayəsindədir. Anamın və anamın timsalında işgaldan azad olun ərazilərə qayıdan insanların geri, bakıdakı- rahat , komfortlu evinə qayıtmaq istəməməsinin digər bir səbəbi isə 35 ildən sonra xaraba divarlar arasında qurulan yüzlərlə çadırdan qalxan yaşlı -cavan insan gülüşləri, körpə uşaqların qığıltısı, paslı dəmir sobalardan qalxan ocaqların tüstüsü , geri dönən sahibinə arxayın olaraq canavarlardan qorxmayan qoyun-quzunun mələşməsi , itlərin hürüşüdür. Artıq dağ da, daş da bilir ki, ev sahibi qayıdıb.Analar torpağa qayıdırsa, biz niyə qayıtmaq ? . Laçın azad olunandan sonra bizim kəndimizdə qurduğumuz balaca, kasıb , ancaq saraylar qədər geniş olan çadırımızda -şirvandan, naxçıvandan, cənubdan , şimaldan olan çoxsaylı dostlarım , tələbə yoldaşlarım qonaq olublar , çörək kəsiblər .Hamımızın oturanda da , duranda da, sağlıq deyəndə də tək bir "Amin"miz olub:"Allah bu günü bizə yaşdan , Şəhidlərimizə rəhmət, Qazilərimizə can sağlığı versin. Allah Vətənimizin birliyini , bütövlüyünü qorusun !". Artıq 44 Günlük Vətən Müharibəsindən 5 il keçir . 44 gün ərzində dünyanın böyük gücləri, düşmənlərimiz bizi dinlə bölməyə çalışdılar, bölə bilmədilər.44 gün ərzində bizi milliyətlə bölməyə çalışdılar, bölə bilmədilər .44 gün ərzində bizi siyasətlə bölməyə çalışdılar , bölə bilmədilər. Bilirsiniz niyə ? Çünki biz - şimallı-cənublu, şərqli qərbli olmadıq. Bir olduq-Vahid Azərbaycanlı. 35 il bundan qabaq Azərbaycanın hər bir bölgəsinə sığinan əziz qaçqın və köçkün soydaşlarım, onlara qapıları ilə bərabər ürəklərini də açan köçkün , qaçqın olmayan həmvətənlərim. 

Sizə səslənirəm : Üstündən illər keçsə də düşmənlərimiz hələ də qələbimizi həzm edə bilmir,qisas almaq üçün fürsət axtarır . Xarici təsirlərin heç bir nəticə vermədiyini görərək , bizi içimizdən "sapı özümüzdən olan baltları işə salmaqla vurmaq istəyir.Xahis edirəm, emosional davranaraq bir -birimizə, millətimizə , dövlətimizə ziyan vurmayaq. Qacqın , yerli , Bölgə, ev, eşik söhbətin ortaya ataraq millətimizi , dövlətimizi parçalamağa çalışanların tək bir adı var- XAİN!. 

Xainlərə isə nə Qarabağda, nə Şirvanımızda, nə Naxçıvanımızda, nə Cənubumuzda nə də Şimalımızda yer yoxdur. Azərbaycan bir olub , həmişə də bir olacaq !


Seçilən
12
azia.az

1Mənbələr