Çempionlar Liqasının Liqa mərhələsi bu gün start götürür.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" səfərdə "Benfika" ilə qarşılaşacaq.

Görüş Bakı vaxt ilə saat 23:00-da başlayacaq.

Ağdam klubu 8 il aradan sonra yenidən ən böyük arenaya qayıdır. 

Qurban Qurbanovun yetirmələri ilk ÇL macarəsında 2 heç-heçə və 4 məğlubiyyətlə çıxış etmişdi.

Onlar bu dəfə ilk qələbəsini qazanmağa çalışacaq.

Çempionlar Liqası, I tur

16 sentyabr (çərşənbə axşamı)

23:00 "Benfika" - "Qarabağ"