AZ

ÇL: Bu gün "Benfika" "Qarabağ"ı qəbul edir

Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələyə start veriləcək.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da Liqa mərhələsinin ilk oyununa çıxacaq.

Qurban Qurbanovun komandası 2024/25 mövsümü Portuqaliya liqasını 2-ci yerdə tamamlayan “Benfika”nın qonağı olacaq. Lissabondakı “Estadio da Luz”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

“Qarabağ” 8 il aradan sonra Çempionlar Liqasının əsas mərhələsində çıxış edəcək. Tarixində 2-ci dəfə bu mərhələyə yüksələn Ağdam klubu 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində mübarizə aparmışdı.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində 8 matç keçirəcək ki, bunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq. “Kəhər atlar” “Atletik” (İspaniya), “Napoli” (İtaliya) və “Liverpul”la (İngiltərə) da səfərdə qarşılaşacaq. “Kopenhagen” (Danirmarka), “Çelsi” (İngiltərə), “Ayaks” (Niderland) və “Aytraxt”la (Almaniya) oyunlar isə Bakıda keçiriləcək.

16 sentyabr

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 1-ci tur

23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)

Haimlər: Erik Lambrexts, Co De Veird və Kevin Monteni (Belçika) 

Lissabon. “Estadio da Luz”

Seçilən
2
7
ikisahil.az

8Mənbələr