ABŞ prezidenti Donald Tramp İsrailin Qətərə bir daha hücum etməyəcəyini bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, o, Oval kabinetdə jurnalistlərə açıqlamasında Qətəri “vacib tərəfdaş” adlandıraraq, Netanyahunun gələcəkdə Qətərə zərbə endirməyəcəyini vurğulayıb.
Tramp həmçinin İsrailin HƏMAS-a qarşı başqa addımlar ata biləcəyinə işarə edib.
Qeyd edək ki, İsrailin 9 sentyabrda Dohada HƏMAS danışıqlar qrupuna endirdiyi hava zərbəsi nəticəsində altı nəfər həlak olmuşdu.
Hücumun ABŞ-nin xəbəri olmadan baş verib-vermədiyi barədə mübahisələr davam edir.
Əli Hüseynov