AZ

Bunu ört basdır etmək düz deyil” Nazir universitetləri qınadı, bu məktəblərin bağlanacağının anonsunu verdi

ain.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Əgər ölkədəki ali təhsil müəssisəsinin pedaqoji fakültəsini bitirən şəxs MİQ imtahanında heç olmasa minimal bal toplamırsa, ona diplomu verən universitet niyə məsuliyyət daşımamalıdır?”

Mia.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında deyib.

Nazirin sözlərinə görə, diplom alan şxəs ən azı minimal tələbə cavab verməlidir: “Əgər adama diplom vermisənsə, mən demirəm o hamıdan yüksək bal yığsın, deyirəm ki, minimal bal toplasın. Bu diplomlar sadəcə olaraq bəzən mərhəmət hissi ilə, bəzən kiminləsə üz-üzə gəlməmək, bəzən kiminsə hay-küyü ilə üzləşməmək üçün verilir. Sonra əmək bazarında həmin adamların bacarıqları olmayanda bunun məsuliyyətini həmin ali təhsil müəssisəsi daşıyır. Bunu ört-basdır etmək düz deyil”.

Nazir daha sonra şagir sayı az olan məktəblərdən danışıb. Bildirib ki, şagird sayı az olan məktəblər bağlanacaq, onların şagirdləri isə  qonşu kəndlərə köçürüləcək.

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
mia.az

1Mənbələr